RU
lombard
Mingəçevir Dövlət Universitetində “AzAstro” startapının nümayəndələri ilə görüş keçirilib
23:00
1237

Mingəçevir Dövlət Universitetində “AzAstro” startapının nümayəndələri ilə görüş keçirilib

2021-ci ilin 7 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov "AzAstro” startapının təsisçisi və icraçı direktoru Həsən Quliyev ilə görüşüb. Görüşdə şirkətin direktor müavini Suad Muradov, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak edib. 

Gənc startapçılarla görüşdə sürətli modernləşmə yolunda inamla irəliləyən MDU-nun strateji hədəflərindən bəhs edən rektor Ş.Bayramov milli ali təhsil xəritəsində universitetin mövqeyinin güclənməsində qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tələbə gənclərin elmi tədqiqatlara cəlb edilməsi və startap fəaliyyətinə maraqlarının artırılması ilə bağlı universitetdə görülən işlərdən və nəzərdə tutulmuş layihələrdən danışan Ş.Bayramov bu baxımdan MDU-nun "AzAstro” şirkəti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və sözügedən işbirliyinin imkanlarını yüksək qiymətləndirib. 
"AzAstro” startapının aviasiya və aerokosmik texnologiyaların inkişafı üzərində işlədiyini, PUA-lar, model peyklər və onların hissələrinin istehsalı üzrə ixtisaslaşmağa hədəfləndiyini qeyd edən H.Quliyev ölkədə mühəndis kadr hazırlığı sahəsində irəli sürülən müasir tələblər barədə danışıb.
Universitetdə tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi isiqamətində atılan addımlardan məmnunluğunu ifadə edən gənc startapçılar göstərdiyi diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, MDU-nun startap ekosistemində iştirakının genişləndirilməsi məqsədilə universitetdə sənaye ilə işbirliyin inkişafına, müəllim və  tələbələrin startap layihələrə aktiv cəlb olunmasına, bu sahədə onların bilik və bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ