Mingəçevirdə fəhlənin üzərinə mişar daşı düşüb

Mingəçevirdə fəhlənin üzərinə mişar daşı düşüb

Mingəçevirdə tikintidə çalışan fəhlənin üzərinə hündürlükdən mişar daşı düşüb.

7NEWS.az-ın Mingəçevir bürosunun məlumatına görə, şəhər ərazisində aparılan tikintidə işləyən şəhər sakini, 1972-ci il təvəllüdlü Məmmədov Rəhman Süleyman oğlu ağır xəsarət alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun bel nayihəsində ciddi fəsad yarandığı müəyyənləşib.

Xəbər lenti