RU
Nadir meyxanaçıları və bayağı mahnı ifaçılarını yıxdı-sürüdü - Video
17:10
979

Nadir meyxanaçıları və bayağı mahnı ifaçılarını yıxdı-sürüdü - Video

Tanınmış müğənni Nadir Qafarzadə Azərbaycan musiqisinin bugünkü durumundan danışıb.

7News.Az xəbər verir ki, MTV telekanalının qonağı olan müğənni meyxanaçıları və bayağı mahnı ifaçılarını "yıxıb-sürüyüb”.

O, artıq şou-biznesdə əvvəlkitək rəqabət olmadığını deyərək, efirlərə bayağı musiqiçilərin çıxmasından gileylənib:


"Şou-biznesin 2000-ci illərdə qaynayan vaxtları var idi. İndi o qaynaşım, o hitlər, mahnılar, rəqabət yoxdur. Hamı çəkilib qırağa sonra da deyirlər ki, efirləri kimlərsə zəbt etdi. Efirə Aygün, Röya, Nadir, Abbas, Elton naz edib gəlməyəndə aparıcı məcburdur ki, zövqsüz ifaçıları çağırsın. Ona görə günah bizim ulduzlardadır. Boşluq yaratdıq, bəziləri də o boşluqdan istifadə etdilər, gəldilər, özü də çirkab vəziyyətdə. Mahnılar səviyyəsiz, söz yığımı, musiqili meyxanlar gəldi. Musiqili meyxana deyilən şey yoxdur, ya meyxana var, ya da musiqi. Qeyri peşəkarlıq baş alıb gedir. Efiri açıram görürəm ki, bu tip ifaçılar bütün kanallardadır, məcburam ona baxam, qulağımı onun musiqisi deşsin”.

Həmin görüntüləri təqdim edirik:
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ