RU
“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib
16:55
358

“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib

19 fevral "Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilmişdir. Konfransda   rayonun fəal gəncləri ,Milli Məclisin Deputatı Ramin Məmmədov , Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi , Politoloq İlyas Hüseynov , Milli Məclisin deputatı Eldəniz Səlimovun köməkçisi Kamal Laçınov , Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq quluzadə iştirak etmişlər. 

Tədbirdə çıxış edən millət vəkili Ramin Məmmədov Nizami Gəncəvi irsinin öyrənilməsinin və bu irsə verilən dəyərin əhəmiyyətləri barədə ətraflı çıxış etdi. Hətta o, Nizami Gəncəvinin əsərlərinin çox dərin araşdırıldığına baxmayaraq yenə də araşdırılmaq üçün mövzuların olduğunu ,  Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili” elan etməsinin xalqımızın və ölkə rəhbərliyinin tarixi keçmişimizə, mənəvi dəyərlərimizə sadiqliyinin nümunəsi kimi səciyyələndirdi və bu xarakterik xüsusiyyətin dünyanın azsaylı dövlətlərində müşahidə edildiyini bildirdi. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq İlyas Hüseynov isə çıxışında N.Gəncəvinin sosial-siyasi fikirlərinin dövrümüzlə səsləşən məqamlarından bəhs etdi. 

Bundan sonra Zəngilan Rayon gənclər və idman idarəsinin rəisi Natiq Quluzadə çıxış etdi. O, çıxışında "Nizami Gəncəvi ili”ndə ölkəmizdə planlaşdırılan layihələrdən və onun miqyasından danışdı. Eyni zamanda bildirdi ki, bu tədbirlərdə Zəngilan rayon gənclərinin iştirakı da gözlənilir. Eyni zamanda rayon gənclərinin də müxtəlif layihələr icra edəcəyini bildirdi. 

YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri xanım Nərmin Hüseynzadə isə çıxışında "Nizami Gəncəvi ili”nin onun üçün xüsusilə əhəmiyyətli və yaddaqalan il olacağını bildirdi. N.Hüseynzadə bu ili Zəngilan və ölkəmizin 30 ilə qədər işğal altında qalmış Qarabağ torpaqlarının azad edilməsi, yenidən qurulması və "Böyük Qayıdış” üçün ilkin addımların atılacağı il kimi də səciyyələndirdi. O qeyd etdi ki, YAP və gənclər təşkilatı da bu il "Nizami Gəncəvi ili” ilə əlaqədar silsilə tədbirlər planlaşdırır. Bu tədbirlərin imkan olacağı təqdirdə Zəngilan rayonunda keçirilməsinin onun arzusu olduğunu və bunun baş tutacağına ümid etdiyini  bildirdi.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ