RU
Pakistanda qatar partladı - Çoxlu sayda ölü var
12:00
25

Pakistanda qatar partladı - Çoxlu sayda ölü var

Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində 16-dan çox insan həlak olub və daha bir neçə nəfər yaralanıb.

Bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.

Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.

Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ