>
RU
lombard
“Pandemiya hələ davam edəcək” - ÜST
00:40
1200

“Pandemiya hələ davam edəcək” - ÜST

"Koronavirus pandemiyasının sonu barədə danışmaq hələ tezdir”.

Bu barədə  Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yaydığı açıqlamada deyilir. ÜST-ün Avropa bürosunun regional direktoru Hans Klyuqenin sözlərinə görə, "delta” ştammının yayılması səbəbindən bir çox Avropa ölkəsində yoluxma artıb.

"Bu şəraitdə SARS-CoV-2-nin yayılmasının qarşısını almaq üçün ayıq-sayıq olmalıyıq. Bu, fürsət düşən kimi tam vaksinasiya kursundan keçmək, eləcə də məsafəni qorumaq, əlləri yumaq, izdihamlı yerlərdən yayınmaq və lazım olan yerlərdə maska taxmaq deməkdir”, - deyə ECDC rəhbəri Andrea Ammon bildirib.

Ammon bu cür tədbirlərin "cəmiyyətin əksər hissəsinə maneə törətmədən" xəstəliyin yayılmasının qarşısını aldığından lokdaunların olmamasına kömək edəcəyini söyləyib. Hər iki qurum vaksinasiyanın sürətli templə davam etdirilməsini tövsiyə edib.

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ