>
RU
lombard
Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir
20:50
429

Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir

"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Torna və frezer dəzgahların operatoru;

 

- Proqramla idarə olunan dəzgahların operatoru;

- Sənayedə quraşdırma işləri üzrə usta;

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;

- Avtomatika üzrə usta;

- Bitkiçilik mütəxəssisi;

- Aqroservis mütəxəssisi;

- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;

- Veb dizayner və proqram təminatçısı;

- Qrafik dizayner.

Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin elektron müraciət sistemi vasitəsilə aparılır. Əlavə məlumat üçün: Telefon: (051) 205-97-54; (051) 205-43-82; E-poçt: [email protected]

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ