>
RU
lombard
Prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMA
18:12
151

Prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Sumqayıq Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

7NEWS.Az xəbər verir ki, rəsmi qurum Fərəcov Pərvin Zakir oğlunun prokurorluq orqanlarında vəzifəyə yeni təyin olunması barədə məlumatları təkzib edib.
Həmçinin qeyd olunub ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ