RU
lombard
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunub - FOTO
15:50
1433

Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunub - FOTO

"Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi keçirib. 

Tərəfdaş qurumların nümayəndələri, layihənin ekspert və qonaqları, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclərin Resurs Mərkəzində baş tutan layihədə 5 gün ərzində 10 görüş baş tutub. Bakıda yaşayan və sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər peşakar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər. 

Növbəti mərhələdə layihənin paytaxtla yanaşı regionlarda da icrası planlaşdırılır.

Həmçinin, "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən qazilərlə bağlı məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur. 

"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesinə gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər "boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

7News.Az

 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ