RU
lombard
Rusiya Ukrayna ilə sərhəddə nüvə silahı yerləşdirib - ŞOK İDDİA
14:00
191

Rusiya Ukrayna ilə sərhəddə nüvə silahı yerləşdirib - ŞOK İDDİA

"Ukrayna ilə sərhəddə gərginlik artmaqda davam edir. Prosesin belə davam etməsi regionda müharibəyə səbəb olacaq, amma qısa çəkəcək".
 

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü siyasi analitik bildirib ki, Rusiyanın elan etdiyi soyuq müharibə hər kəsdən çox özünə ziyan vuracaq:

"Mən Rusiya-NATO və Rusiya-ABŞ görüşlərini Soyuq Müharibənin yeni mərhələsi kimi qiymətləndirirəm, çünki Putinin yenidən qurmaq istədiyi SSRİ-ni Soyuq Müharibəsiz təsəvvür etmək mümkün deyil.

Ukrayna ilə Rusiya arasında gərginlik hələ uzun müddət davam edəcək, çünki ukraynalıların başqa seçimi qalmayıb və onlar özlərini sona qədər müdafiə edəcəklər.

Regionda artıq müharibə gedir və bu, Kremlin bütün keçmiş sovet respublikaları, o cümlədən Baltikyanı ölkələrlə apardığı böyük müharibədir. Hər kəs bu savaşa görə əziyyət çəkəcək, amma hər şeydən əvvəl bunun əziyyətini Rusiyanın özü çəkəcək.

Rusiya indinin özündə də Ukrayna ilə sərhəddə ordu yığmaqda, hərbi texnika toplamaqda davam edir. Artıq Rusiya Ukrayna sərhədləri yaxınlığına nüvə silahı da yerləşdirib".

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ