Rusiyada ana özünü iki azyaşlı uşağı ilə 9-cu mərtəbədən atıb

Rusiyada ana özünü iki azyaşlı uşağı ilə 9-cu mərtəbədən atıb

Moskvanın şimal-şərqində yerləşən Babuşkinski rayonunun Çiçerin küçəsindəki 6 nömrəli yaşayış binasının yaxınlığında bir qadın və azyaşlı uşağın cəsədi tapılıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

İlkin məlumata görə, ana özünü iki azyaşlı övladları ilə birgə 9-cu mərtəbədən atıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası uşaqlardan birinin sağ olduğunu bildirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Uşqalardan birinin 6 aylıq qız, digərinin isə altı yaşlı oğlan olduğu deyilir.

 

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (qətl) ilə cinayət işi açılıb.

7News.Az

Xəbər lenti