Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

Bu gün səhər saatlarında Salyanda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində  baş verib.  

Belə ki, "OKA” markalı avtomobil qəfil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Xəsarət alan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti