>
RU
lombard
Şəhid gizirimizlə vida mərasimi keçirilir - FOTO
12:46
126

Şəhid gizirimizlə vida mərasimi keçirilir - FOTO

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report”un Qarabağ Mərkəzinin məlumatına görə, vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi dəfn olunmaq üçün son mənzilə yola salınacaq.

 

Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, iki bacısı var.

Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

 

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ