Sərxoş şəxslər xilasedicini döydülər — Çimərlikdə

Sərxoş şəxslər xilasedicini döydülər — Çimərlikdə
Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb. 

7News.Az report-a istinadən xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb.
 
 

7News.Az

Xəbər lenti