Səs verməyə çatmayan qadın huşunu itirdi - Foto / VİDEO

Səs verməyə çatmayan qadın huşunu itirdi - Foto / VİDEO
Vətəndaşlıq borcunu yerinə yetirə bilməyən qadın huşunu itirib. 

7News.Az xəbər verir ki, Dünən Türkiyədə bələdiyyə seçkilərində maraqlı hadisə qeydə alınıb. Belə ki, İstanbul Avcılar bölgəsində səsvermə üçün qoyulan vaxt bitdikdən sonra, bir xanım vətəndaş səsvermək üçün məntəqəyə yaxınlaşıb. 

Qadına saat 17:00- keçdiyi üçün səs vermə hüququndan istifadə edə bilməyəcəyi deyilib. Bunu eşidən qadının üzüldüyü üçün qəfildən ürəyi gedib. Ona ilk yardımı seçki məntəqəsinin işçiləri göstəriblər. Vətəndaş səs verə bilmədiyi üçün uzun müddət pilləkəndə oturaraq ağlayıb. İşçilər onu təsəlli edərək sakitləşdirməyə çalışıb. 

Səs verməyə çatmayan qadın huşunu itirdi - Foto / VİDEO

 
 

7News.Az

Xəbər lenti