Səudiyyə Ərəbistanı Yəməndə uzun sürən müharibənin sona çatdığını elan etdi

Səudiyyə Ərəbistanı Yəməndə uzun sürən müharibənin sona çatdığını elan etdi

Yəmən hökuməti separatçı Cənub Keçid Şurası (husilər) ilə sülh müqaviləsi imzalayıb.

"Reuters” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı taxt-tacının varisi Məhəmməd ibn Salman Əl-Saud elan edib.

Onun sözlərinə görə, əldə olunan razılıq Yəməndə yeni dövrün başlanğıcı deməkdir və ölkəsi bunu tam dəstəkləyir.

Müqaviləyə əsasən Yəmən hökumətində ciddi dəyişikliklər gözlənilir.

Yəməndə husilər və Saudiyyə Ərəbistanının yaratdığı koalisiya arasında gedən müharibə 2014-cü ildən davam edib. 

 

 7News.Az

Xəbər lenti