ŞOK OLAY! Ölü qadın uşağın dünyaya gəlməsinə kömək etdi

ŞOK OLAY! Ölü qadın uşağın dünyaya gəlməsinə kömək etdi
ABŞ-ın Ohayo ştatında ölən qadının uşaqlığının transplantasiyası edilən ana ilk dəfə olaraq uşaq dünyaya gətirib.

Bu barədə "NBC News" məlumat yayıb.

Alimlər ölən qadının uşaqlığından təcrübə zamanı istifadə ediblər. Təcrübədə 10 nəfər könüllü iştirak edib. Onların hər biri sonsuzluqdan əziyyət çəkirdi. Alimlər ölmüş insanın uşaqlıq donoru ola biləcəyini dəqiqləşdiriblər.

2015-ci ildən başlayan layihə zamanı cərrahlar 5 transplantasiya həyata keçiriblər. Onlardan üçü uğurlu alınıb. Bu ilin iyun ayında isə belə əməliyyat olunan qadınlardan biri uşaq dünyaya gətirib.

Adətən uşaqlıq donoru sağ insanlar olur. Amma bu dəfə ölən qadının uşaqlığı nəql edilib. Alimlərin fikrinə görə, yeni tədqiqat sonsuzluq probleminin həllinə kömək edəcək. (olke.az)
 
 

7News.Az

Xəbər lenti