RU
lombard
Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var -YENİLƏNİB
18:30
1617

Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var -YENİLƏNİB

Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində baş nazirin mətbuat katibi yaralanıb.

Bu barədə Somalinin "Garowe" portalı məlumat yayıb.

Mətbuat katibinin olduğu avtomobilə kamikadze hücum edib. Partlayış prezident sarayının yaxınlığındakı avtomobillərin hərəkət zolağında baş verib.

12:54

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Bu barədə Somalinin "Goobjoog News" xəbər portalı məlumat yayıb.

Partlayış şəhərin mehmanxana və ticarət mərkəzlərinin yerləşdiyi şimal hissəsində qeydə alınıb.

Minalanmış avtomobilin partladılması nəticəsində insan tələfatı və dağıntıların olduğu deyilir./report
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ