SON DƏQİQƏ: Daha bir güclü ZƏLZƏLƏ - "Odlu qövs" parçalanır

SON DƏQİQƏ: Daha bir güclü ZƏLZƏLƏ -

Yeni Zelandiyaya məxsus Raul adası yaxınlığında güclü zəlzələ baş verib.

7News.Az Röyters agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların təsiri rixter cədvəli üzrə 6,7 bal gücündə olub. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Sunaminin olacağı istisna edilmir. Baş verə biləcək fəsadların aradan qaldırılması üçün bölgəyə xilasedicilər cəlb edilib.

Qeyd edək ki, Raul adası Sakit okeanı "Odlu qövsü” üzərində yerləşir. Son 24 saat ərzində bölgədə daha 2 güclü zəlzələ baş verib. Rusiyanın Kursk vilayəti sahillərində 6,8, Yaponiyanın şimal ərazilərində isə 6,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

7News.Az

Xəbər lenti