Son dəqiqə: şəhərin mərkəzindəki ticarət mərkəzində dəhşətli yanğın - Video

Son dəqiqə: şəhərin mərkəzindəki ticarət mərkəzində dəhşətli yanğın - Video
Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində yanğın baş verib.

Publika.az xəbər verir ki, hədiyyə, xırdavat və ev əşyaları satılan ticarət mərkəzinin daxilində fəaliyyət göstərən ofis yanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının nəzarət altına alınması məqsədilə işlər davam edir.

Ölən və xəsarət alanların olması ilə bağlı, hələ ki, məlumat verilməyib.

7News.Az

Xəbər lenti