SON DƏQİQƏ! Türkiyədən Bakıya gələn avtobus QƏZAYA DÜŞDÜ - ÖLÜ VƏ YARALILAR VAR

SON DƏQİQƏ! Türkiyədən Bakıya gələn avtobus QƏZAYA DÜŞDÜ - ÖLÜ VƏ YARALILAR VAR

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. 

Səhiyyə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.  

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

 

 

7News.Az

Xəbər lenti