RU
lombard
Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verib
22:30
871

Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verib

Tailand hökuməti koronavirusun "Omikron” ştamından iki nəfərin öldüyünü bildirib.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun brifinqdə açıqlayıb.

Belə ki, yanvarın 12-də bir sıra xroniki xəstəlikləri olduğu 86 yaşlı qadın, ayın 15-də isə ağciyər xərçəngi xəstəsi 84 yaşlı qadın dünyasını dəyişib.

Koronavirusa ilk yoluxmanın 2020-ci il yanvarın 13-də qeydə alındığı ölkədə indiyədək 2,33 milyon nəfər yoluxub ki, bunların 21,9 mini ölüb. Hazırda 70 milyonluq əhalinin 47,5 milyonu tam peyvənd olub.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ