Təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı

Təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı

Samux rayonunda təkər təmiri sexində bədbəxt hadisə baş verib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Hadisə nəticəsində təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Ə.Zeynalov ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti