RU
lombard
Tokayev Qazaxıstanda etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb
22:50
721

Tokayev Qazaxıstanda etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayını açıqlayıb.

7NEWS.Az-ın xəbərinə görə, Qazaxıstan Prezidenti bu barədə "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, aksiyalarda və ondan sonra elan olunan fövqəladə vəziyyət zamanı müxtəlif qanun pozuntularına görə 2 minə yaxın insan saxlanılıb.

"Ağır cinayət törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqlar. Digər şəxslərin təqsirinin dərəcəsini müəyyənləşdirmək barədə Baş Prokurorluğa göstəriş verilib. Ağırlaşdırıcı hallar olmadıqda, cəzanı yüngülləşdirmək üçün tədbirlər görüləcək”, - Qazaxıstan Prezidenti Tokayev bildirib.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ