Toyda bəyin cibinə girdi, sonra onunla rəqs etdi - Video

Toyda bəyin cibinə girdi, sonra onunla rəqs etdi - Video

Türkiyədə toyların birində hər kəsi heyrətləndirəcək hadisə baş verib. Şadlıq mərasimində bəyin cibinə giriblər. Maraqlıdır ki, bunu özünə rəva görən adam sonra bəylə rəqs də edib.

 

7News.Az xəbər verir ki, Antalyada ailə həyatı quran Hüseyin Uğur Gümüş ləyaqətsiz hərəkətlə üzləşib. Şadlıq yerinə gələn tanımadığı adam onun cibindən pul oğurlayıb. Həmin epizod videokamera görüntülərinə düşüb. Naməlum insan özünü guya bəyin cibinə pul qoyurmuş kimi aparır. Amma inanılmaz cəldliklə oradan bir neçə böyük əsginas götürür.

Sonradan Hüseyini özündən çıxaran məsələ həmin adamın onunla rəqs etməsi olub. Görünür, oğru bununla özünü yaxın adam kimi göstərmək, diqqəti az əvvəlki epizoddan yayındırmaq istəyib.

 

Xəbər lenti