Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada

Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada
Ukraynada kütləvi zəhərlənmə baş verib.

7News.Az trend-ə istinadən xəbər verir ki, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib.

Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb, restorandan laborator təhlillər üçün qida nümunələri götürülüb.
 

7News.Az

Xəbər lenti