>
RU
lombard
Toylara görə 2 nəfər həbs edildi
13:50
472

Toylara görə 2 nəfər həbs edildi

İyulun 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə 7News.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ