Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı

Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı

Donald Tramp haqqında qalmaqallı "dosye”nin müəllifi Kristofer Stil keçmişdə ABŞ liderinin qızı İvanka Trampla dost olub.

"Reuters” agentliyi ABŞ Ədliyyə Nazirliyinin inspektoru Maykl Xorovitsin hesabatında Stillə Trampın ailə üzvünün dostluğu barədə danışılmasına diqqət çəkib. 

Agentliyə danışan mənbənin sözlərinə görə, hesabatda adı açıqlanmayan ailə üzvü məhz Trampın qızı İvankadır. 

Xatırladaq ki, 2016-cı ildə yayılmış dosyedə Trampın Rusiya ilə ehtimal olunan əlaqələrinə dair informasiyalar toplanıb. 

 

7News.Az

Xəbər lenti