`Türkiyə Dağlıq Qarabağ probleminin nizamlanmasına töhvə vermək üçün münaqişə tərəfləri ilə əlaqə saxlamağa çalışır`.
7News.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib.
Onun sözlərinə görə, Türkiyə münaqişənin həllinə böyük əhəmiyyət verir: `Biz öz səviyyəmizdə münaqişənin hər iki tərəfi ilə dialoq qurmağa çalışırıq`, - deyə səfir bildirib.








