Türkiyəyə S-400 çatdırılması nə zaman tamamlanacaq? - Ərdoğan açıqladı

Türkiyəyə S-400 çatdırılması nə zaman tamamlanacaq? - Ərdoğan açıqladı
Rusiya zenit-raket kompleksi olan S-400-lərin Türkiyəyə çatdırılmalasının yekun mərhələsi noyabra təsadüf edə bilər.

7News.Az-ın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə NTV telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə istinadən bildirir.

"Bizə "Patriot" kompleksini satmayacaqlarını dedilər. Nə oldu? Biz S-400-ləri aldıq. Hazırda onlar çatdırılmaqdadır. Yekun mərhələ dekabrda, bəlkə də noyabrda olacaq", - deyə prezident vurğulayıb.

Daha öncə Türkiyə XİN baçşısı Mövlud Çavuşoğlu Rusiya zenit-raket komplekslərinin alınmasının səbəbindən danışarkən, "Türkiyənin özünün müdafiə sistemi yoxdur" deyib.

7News.Az

Xəbər lenti