RU
lombard
Türkiyəyə son yarım əsrin ən güclü qarı yağıb
23:40
1356

Türkiyəyə son yarım əsrin ən güclü qarı yağıb

Türkiyənin cənubundakı Qaziantep vilayətində son 54 ilin ən güclü qarı nəqliyyat əlaqələrini iflic edib.

7NEWS.Az "Milliyet"ə istinadən xəbər verir ki, əyalətin müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.

Qar səbəbindən yükdaşıma üçün istifadə olunan şəhərlərarası marşrutları bağlanıb.

Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Respublika Fövqəladə Hallar Departamenti və yerli icra hakimiyyəti orqanları yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb edib.

Qaziantepdə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ