Ukraynada bankda qumbara partladılıb - Ölən və yaralananlar var

Ukraynada bankda qumbara partladılıb - Ölən və yaralananlar var

Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, altı nəfər xəsarət alıb.

7News.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Partlayışı törədən hadisə yerində ölüb. Beş mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yaralılardan ikisi bankın əməkdaşlarıdır.

 

7News.Az

Xəbər lenti