RU
lombard
Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı - FOTO
16:00
233

Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı - FOTO

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

7News.Az haberler-ə istinadla xəbər verir ki, fotoda azyaşlı xəstə uşağın beton döşəmədə yatması əks olunub. Onun ağzına oksigen maskası da taxılıb.

Kadrlar İngiltərədə, Lids şəhərindəki xəstəxanada çəkilib. 4 yaşlı Jack Williment adlı uşaq soyuqladığına görə valideynləri tərəfindən xəstəxanaya aparılıb. Lakin, həkimlər xəstəxanada yer olmadığına görə uşağı beton döşəmənin üzərində yatdırıb, sistem qoşublar.

 

Məsələ ilə bağlı ITV kanalı Britaniyanın Baş naziri Boris Consonun fikrini öyrənib. Siyasətçi fotoya baxdıqdan sonra dəhşətə gəldiyini bildirib və uşağın ailəsindən üzr istəyib.

 

 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ