RU
lombard
SON DƏQİQƏ: Məşhur filmimizin
17:20
557

SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT

Tanınmış aktyor, "Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu vəfat edib.

7News.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.

Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.

Xatırladaq ki, Qorxmaz Atakişiyev "Uşaqlığın son gecəsi” filmində Zaur obrazının canlandırıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ