RU
lombard
Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
13:04
3521

Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ

Fevralın 26-da Şəhər İcra Hakimiyyəti və YAP Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilmişdir.

      Konfrans başlanmazdan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiya fəalları və xocalı nümayəndələri karantin rejiminin tələblərinə əməl etməklə Şəhidlər Xiyabanındakı Soyqırım abidəsi önünə gül dəstələri qoydular.
Sonra Şəhər İcra Hakimiyyətində tədbir öz işini davam etdirdi. Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etgdi ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 29 il keçir. Mən xalqımıza bu faciəyə görə başsağlığı verirəm və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm.
Allah rəhmət eləsin.
      Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli iş görülmüşdür. Heydər Əliyev Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirmişdir. Ümummilli Lider müdrikcəsinə demişdir: «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.» Bizə aydındır ki, ölkəmizin ağır günlərində Ulu Öndər Heydər Əliyev Respublika rəhbərliyində olsa idi, nəinki Xocalı faciəsinin, eləcə də bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın iyirmi faizinin itirilməsi, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də qarşısı alınmış olardı.
      Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir.  Xocalıdan olan  bacı və qardaşlarımızdan 93 ailə 365 nəfəri köçkünlük həyatını Mingəçevir şəhərində keçirir. Biz  çalışırıq ki, imkan dairəsində onları hər cür qayğı və diqqətlə əhatə edək.
      Bu günkü tədbirimizdə Xocalı soyqırımı haqqında öz fikirlərini bildirmək istəyən məruzəçilərimiz vardır.  Mən onlara söz vermək istəyirəm.
Tədbirdə Mingəçevir Dövlət Universiteti tarix müəllimi Tahirə Quliyeva, YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov, Gənclər evindən Aytac Abdullayeva, "Qarabağ  Müharibəsi  əlilləri, Veteranları, Şəhid ailələri İB şəhər şöbəsinin sədri Nizami Təhməzov çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər, istək və arzularını dilə gətirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tədbirin işinə yekun vuraraq bildirdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır.  Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev fondunun  vitse  prezidenti  Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” kompaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir. 

      Hörmətli tədbir iştirakçıları!

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında  ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ