“Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatçısıdır” – Əhməd Şahidov ATƏT-in Varşava Sammitində Emin Hüseynova cavab verib

“Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatçısıdır” – Əhməd Şahidov ATƏT-in Varşava Sammitində Emin Hüseynova cavab verib

Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 14-də "Tolerantlıq və diskriminasiya: milli azlıqların hüquqları, aqressiv millətçilik, irqçilik və şovinizm”mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovCənubi Qafqaz regionunda yüzlərlə xalqların bərabər şəkildə yaşadığını diqqətə çatıraraq, Azərbaycanın tolerantlıq nümunəsindan danışıb. RATİ sədri Emin Hüseynovun Azərbaycanda guya "etnik azlıqlara qarşı diskriminasiya siyasətinin şiddətləndiyi” barədə qərəzli fikirlərinə kəskin reaksiya verən hüquq müdafiəçisi Əhməd Şahidov bu iddiaların tamamilə yalan olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan dövləti öz ərazisində yaşayan bütün milli azlıqların hüquqlarının təminatçısıdır və onlar ölkəmizdə özlərini tam şəkildə ifadə edirlər: "Bugün Azərbaycanda hakimiyyətin bütün pillələrində müxtəlif xalqları təmsil edən vətəndaşlarımız yüksək postlarda çalışır və Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Azərbaycanda etnik zəmində hər hansı problemdən söhbət belə gedə bilməz. Xahiş edirəm, mövzu ilə bağlı çıxışlar olsun və siyasi konyukturaya yol verilməsin”.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

 

7News.Az

Xəbər lenti