Azərbaycanda 3 nəfər öldü, 15 nəfər yaralandı - DÜNƏNKİ QƏZALARDA

Azərbaycanda 3 nəfər öldü, 15 nəfər yaralandı - DÜNƏNKİ QƏZALARDA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 7News.Az


Xəbər lenti