Azərbaycanda yeni sayt yaradıldı

Azərbaycanda yeni sayt yaradıldı
Bu gündən "Anons.az” (http://anons.az) saytı yeni, modern informasiya portalı kimi istifadəyə verilir.
 
7NEWS.az-in məlumatına görə, sayta anons.az domenindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı açıqlamada deyilir: "Anons.az”ın hədəfi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxucularımıza çatdırmaqdır. Saytın əsas missiyası dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaqdır.
 
Demokratiyanın, azad və inkişaf etmiş cəmiyyətlər üçün əsas şərtlərdən biri insanların düzgün məlumatlandırılmasıdır. Buna görə də "Anons.az” oxucularını obyektiv informasiya ilə operativ şəkildə təmin etməyi hədəf götürüb.
 
İnanırıq ki, "Anons.az” qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək”.
 
Saytın rəhbəri Ozal İbrahimlidir.

Xəbər lenti