Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb. 

7News.Az-ın Report-a istinadən məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. 

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti