Elman Rüstəmovdan devalvasiya açıqlaması

Elman Rüstəmovdan devalvasiya açıqlaması

Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur.

7news.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu il neftin orta qiymətinin 70 dollar təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir.

Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artdığını deyən E.Rüstəmov strateji valyuta ehtiyatlarının 2,1 milyard dollar yüksəldiyini bildirib:

"Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir. Bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur”.

7news.Az

Xəbər lenti