Elxan Şahinoğlu: "Niyə ABŞ-dakı lobbimiz Saakyanın ABŞ-a səfəri ilə bağlı Departamentə etiraz etmirlər"

Elxan Şahinoğlu:

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirib. Məhz B. Saakyanın ABŞ-a dəvət olunması ölkədə ciddi narahatlıq yaradıb. ABŞ gələcəkdə Ermənistanı öz tərəfinə çəkmək üçün müəyyən manevrlər edə bilərmi?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, B. Saakyanın ABŞ-a səfəri və konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirin keçirilməsi ABŞ-ın Azərbaycanın əleyhinə atımış olduğu bir addımdır: "B. Saakyanın ABŞ konqresindən sonra ABŞ Dövlət Departamentində görüşü də nəzərdə tutulub. Bu baş versə, ABŞ - Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək. Keçmişdə də seperatçıların liderini konqresdə qəbul edirdilər. Bəzən ABŞ konqres bir sıra məsələlərin həlli məqsədi ilə müəyyən məbləğdə vəsait də ayırırdı”, - deyə o, qeyd edib. E. Şahinoğlunun sözlərinə görə, bütün bunlara baxmayaraq B. Saakyanın rəsmi olaraq ABŞ Dövlət Departamentində qəbulu çox mənfi bir hadisədir: "Hesab etmirəm ki, ABŞ bu yolla erməni separatçılarını öz tərəfinə çəkə bilsin. B. Saakyanın ABŞ-a səfərinin əsas məqsədi maliyyə dəstəyini artırmaqdır. Amma hərbi baxımından bunlar Rusiyadanaslıdırlar. Onların həm Rusiyadan, həm də ABŞ-dan qazancları var. Dövlətimiz onların bu planlarını pozmalıdır. Maraqlısı isə budur ki, ABŞ konqresində ABŞ - Azərbaycan tərəfdaşlığına önəm verən ən azı iki konqresmen B. Saakyanın ABŞ-a səfərinə etiraz etməyib. Eyni zamanda ABŞ-da Azərbaycanın lobbisi fəaliyyət göstərir. Nəyə görə bu lobbi B. Saakyanın ABŞ-a səfərinə etiraz əlaməti olaraq ABŞ Dövlət Departamentinin qarşısına toplaşmırlar. Onlar da görsünlər ki, Azərbaycan B. Saakyan ABŞ-a səfərinə qəti etirazlarını bildirir. Biz susmamalıyıq, prosesə hər vəclə mane olmağa çalışmalıyıq”, - deyə o, əlavə edib.

BNEWS.az

Anar CƏFƏROV

Xəbər lenti