Ərdoğan: Dolların yüksəlişi valyutaya sui-qəsd cəhdi idi

Ərdoğan: Dolların yüksəlişi valyutaya sui-qəsd cəhdi idi

Türkiyə Mərkəzi Bankının müstəqilliyinin nəticəsini görəcəyik.

7News.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın faiz artımı qərarına münasibət bildirərkən deyib. 

O qeyd edib ki, valyutanın sabitləşəcəyini gözlədikləri halda, əks vəziyyətlə üzləşiblər:

"Dolların məzənnəsi məntiqlə izah edilməyəcək dərəcədə yüksəldi. İlin əvvəlində 3,8 lirə təşkil edən dollar aprel ayında 4 lirəyə, iyun ayında 4,6 lirəyə qədər bahalaşdı. Bura qədərini anladıq.

Dolların lirəyə nisbətdə məzənnəsinin avqust ayındakı yüksəlişi valyutaya sui-qəsd cəhdi idi.  ABŞ administrasiyası suveren hüquqlarımıza hörmətsiz davranır. Türkiyə qəbilə dövləti deyil, hüquqi dövlətdir”. 

7News.Az

Xəbər lenti