Ermənistanda aksiyaya qatılan deputat xəstəxanalıq oldu

Ermənistanda aksiyaya qatılan deputat xəstəxanalıq oldu

Ermənistanda "Vətəndaş razılaşması” partiyasının lideri, müxalif parlament fraksiyası "Elk”in deputatı Nikol Paşinyan xəstəxanaya yerləşdirilib.

7news.Az xəbər verir ki, deputat təşkilatçılıq etdiyi etiraz aksiyasında polislə yaranan qarşıdurma zamanı yaralanıb. 

 

Polisin atdığı səs bombası nəticəsində əlindən və üzündən yaralanan Paşinyan polis maşınında xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, İrəvanda bir neçə gündür ki, "Elk” partiyasının təşkilatçılığı ilə Serj Sarkisyan baş nazir postuna gətirilməsinə etiraz olaraq aksiyalar keçirilir. 

 


7news.Az

Xəbər lenti