“Eurovision” mahnımıza düzəliş edilir – AÇIQLAMA

“Eurovision” mahnımıza düzəliş edilir – AÇIQLAMA

"Eurovision”da ölkəmizi təmsil edən "X my heart” adlı mahnıda düzəliş edilir.

7NEWS.az xəbər verir ki, bu barədə təmsilçimiz Aysel Məmmədova müsabiqənin Azərbaycan üzrə tərəfdaşı "İnfe Azerbaijan”a açıqlamasında deyib.

Məlumatda deyilir ki, bəstənin girişi elektronik olacaq: 

"Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın "Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.

Qeyd edək ki, mahnının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur. 

Xəbər lenti