İctimai TV-də

İctimai TV-də

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

7News.Az xəbər verir ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib./azxeber

7News.Az

Xəbər lenti