İnam Kərimov: Yeni yanaşmaların tətbiqinə başlanılır

İnam Kərimov: Yeni yanaşmaların tətbiqinə başlanılır

Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018” sərgisi öz işinə başlayıb.

7news.Az xəbər verir ki, sərgini açılış sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib:

"Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub, əhəmiyyətli naliyyətlər əldə edilib. Yerli istehsal məhsullarının rəqabatədavamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhfəsini verib”. 

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin təminatıdır: 

"Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb”.

İ.Kərimov bildirib ki, builki sərgidə iştirak edən şirkətlərin 70 faizi xarici şirkətlərdir.

Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. 

7news.Az

Xəbər lenti