Oqtay Əsədov parlamentin 70 yaşlı deputatından DANIŞDI: Biz onu...

Oqtay Əsədov parlamentin 70 yaşlı deputatından DANIŞDI: Biz onu...

"Azərbaycan Milli Məclisinin rəhbərliyi deputatlara qarşı hər zaman diqqətli olub”.

7news.Az-ın xəbərinə görə, bunu parlamentin sədri Oqtay Əsədov bildirib.

O, deputat Yevda Abramovun 70 illik yubileyi haqqında məlumatlı olduqlarını deputatların nəzərinə çatdırıb:

"Biz Yevda müəllimi Milli Məclisə çağırdıq, onu parlamentin fəxri medalı ilə təltif etdik. Eyni zamanda cənab prezidentin ona verdiyi ordenin əmrini Yevda müəllimə verdik”.

Xatırladaq ki, Milli Məclisin iclasında deputat Fazil Mustafa bu gün həmkarı Yevda Abramovun 70 illik yubileyinin olduğunu, həmkarının Azərbaycanın maraqlarını qoruduğu, xüsusilə Xocalı soyqırımının tanınmasındakı fəaliyyətinin qiymətləndirilməli olduğunu deyib.

Deputat Vahid Əhmədov da Yevda Abramovu təbrik etdiyini söyləyib.

 

7news.Az

Xəbər lenti