Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirildi.

Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirildi.
"Loqos” un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Ramazan ayının ilk günündə  Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirildi.
Keçirilən görüşdə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, "Loqos"un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, yazıçı Ulduz Qasım , "Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTİB-nin icraçı direktoru Leyla Kərimova və Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri iştirak ediblər. 
Ramazan ayının ilk günündə keçirilən görüşü açıq elan edən "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva ailələri salamladı və onlara 11 ayın sultanı Ramazan ayının başlanması ilə bağlı təbrik etdi, o cümlədən, tutduqları oruclarının qəbul olunmasını dilədi. Natiq qeyd etdi ki, "Loqos” da belə görüşlər mütəmadi olaraq həyata keçirilir. 
Daha sonra çıxış edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova ailə üzvlərini Ramazan ayının başlanması münasibətilə təbrik etdi və keçirilən görüşün mənəvi cəhətdən əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Digər çıxışçılar yazıçı Ulduz Qasım , "Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTİB-nin icraçı direktoru Leyla Kərimova bu cür görüşlərin önəmli olduğunu vurğuladılar. Natiqlər qeyd etdilər ki, torpaq, vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə əl uzadanları, təhqir edənləri, dırnaqarası münasibət göstərənləri məhv etmək millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Azərbaycan  xalqı həmişə  sülhsevər olub. Heç kəsin torpağına göz dikməyib,  təcavüzkarlığı  özünə rəva görməyib. Xalqımız yalnız öz doğma yurdunu,  torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməyib. Qalib çıxdığımız savaşlar da sübut etdi  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.   
Eyni zamanda çıxış edənlər Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri onlara daim göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və belə bir görüşün təşkilinə görə "Loqos” a, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinə minnətdarlıqlarını bildirdilər. 
Çay süfrəsi ətrafında keçən səmimi görüşün sonunda ailə üzvlərinə bayram sovqatı verilib və xatirə fotosu çəkdirilib. 


7news.Az

Xəbər lenti