Qasırğa ABŞ bazasını dağıtdı - VİDEO

Qasırğa ABŞ bazasını dağıtdı - VİDEO

ABŞ-ın şərq sahillərini bürüyən "Maykl” qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı Tindall bazasına ciddi zərər verib.

7News.Az xəbər verir ki, bununla bağlı bazanın komandiri Brayan Leydlou "Facebook” hesabında məlumat yayıb.

Qeyd edilib ki, bazadakı binaların bəziləri tamamilə dağılıb, qalan tikililərə ciddi ziyan dəyib.

"Bazanın əsaslı təmirə ehtiyacı var. Təhlükəsizlik zəmanəti verilməyənədək sizi və ailənizi evlərinizə qaytarmayacağam. Bunun üçün nə qədər vaxtın lazım olduğunu bilmirəm”, - hərbçi bildirib.

7News.Az

Xəbər lenti