“Qollarımla Azərbaycan xalqını sevindirə bildim” - Almeyda

“Qollarımla Azərbaycan xalqını sevindirə bildim” - Almeyda

"Asan deyildi. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”.

Bu sözləri milli komandamızın futbolçusu Riçard Almeyda Millətlər Liqasının III turunda Farer adalarına səfərdə 3:0 hesablı qələbədən sonra deyib.

Millimizin legioneri bildirib ki, səfər oyunlarında həmişə üstünlük ev komandalarında olduğu üçün ilk 15 dəqiqədə bir az çətinlik yaşayıblar:

"Rəqibin start təziyiqinə tab gətirdik və sonradan öz oynumuzu göstərməyə başladıq. Top saxlamağa çalışırdıq, bu da alındı”.

Almeyd oyunda iki qol vurmasını isə belə şərh edib:

"İki qol vurduğum üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiniz ki, neçə ildir bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim”.

 

7News.Az

Xəbər lenti